Almaniya-2018: Üçüncü sərbəst yürüşlər

Cümə günü sürücülər olduqca isti havada işləyiblər, bu gün səhər isə güclü yağış yağıb. Hülkenberq keçid təkərləri ilə dövrələr vurmağa cəhd edib, digər sürücülər isə yağış təkərləri ilə trasa çıxıblar.

F-1.az bildirir ki, davam edən yağış komandaların işinə mane olmaqla yanaşı, tribunalardakı çoxsaylı azarkeşlərin də narazılığına səbəb olub. Havanın yaxın saatlarda düzəlməyəci proqnozlaşdırıldığından və trasda çox su olduğundan sürücülər sessiyanı bokslarda keçiriblər. Komandalar baş verə biləcək insidentlərə görə belə addım atıblar.

Sessiyanın sonunda bəzi sürücülər trasa qayıdaraq bir və ya iki dövrə vurublar. Fettel və Stroll yerlərində fırlanıblar. Qasli isə trasdan çıxıb. Protokollara Lekler başçılıq edib – 1:34.577. Yalnız doqquz sürücü nəticə göstərə bilib.

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 16 Şarl Lekler Sauber 1:34.577 8
2 9 Markus Eriksson Sauber 1:35.000 + 0:00.423 9
3 35 Sergey Sirotkin Williams 1:35.334 + 0:00.757 9
4 5 Sebastyan Fettel Ferrari 1:35.573 + 0:00.996 5
5 10 Pyer Qasli Toro Rosso 1:35.659 + 0:01.082 6
6 28 Brendon Hartli Toro Rosso 1:36.151 + 0:01.574 6
7 27 Niko Hülkenberq Renault 1:36.873 + 0:02.296 4
8 7 Kimi Rəykkönen Ferrari 1:37.755 + 0:03.178 4
9 18 Ləns Stroll Williams 1:38.393 + 0:03.816 7
10 8 Roman Qrojan Haas 2
11 20 Kevin Maqnussen Haas 2
12 33 Maks Ferstappen Red Bull 1
13 14 Fernando Alonso McLaren 1
14 2 Stoffel Vandorn McLaren 2
15 3 Daniel Rikkardo Red Bull 1
16 55 Karlos Sayns Renault 2
17 77 Valtteri Bottas Mercedes AMG 2
18 31 Esteban Okon Force İndia 2
19 11 Serxio Peres Force İndia 1
20 44 Lyuis Həmilton Mercedes AMG 2
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*