R.Şumaxer: Leklerin gözü Həmiltonun yerindədir

Sabiq Formula1 sürücüsü Ralf Şumaxer düşünür ki, Lekler artıq Mercedes-ə keçmək barədə düşünür.

F-1.az xatırladır ki, monakolu sürücü gələcəyin dün Çempionu kimi görünsə də, Ferrari ona yaxşı maşın verə bilmir. O, keçən il ferstappenlə titul uğrunda mübarizə aparsa da, sonda 146 xal geridə qalaraq, ikinciliyə razı olmuşdu. “Qırmızlar” bu ilə də ideal başlaya bilməyib və 23 yaşlı pilot dörd yarışdan sonra 28 xal toplaya bilib. Onun çempionluq şansları çox azdır. Buna görə də onun Ferrari-də xoşbəxt olmadığı və Mercedes-ə keçmək istədiyi dedi-qodusu yayılıb.

Ralf Şumaxer: “İnanıram ki, Lekler hazırda həmiltonun yerinə keçmək istəyir. Əsl sual budur. hələ də özünü Ferrari-də rahat hiss edir? Arxa planda nələr baş verir? Bu çox vacibdir. Özünü evindəki kimi hiss edir?

Hisslər sürətlə qərara dönür. Bir nöqtədən sonra sürücü harada olduğunu hem düşünməz və belə düşünər: Burada istədiyim kimi performans göstərə bilmirəm, artıq özümü evimdəki kimi hiss etmirəm və yenilik axtarıram. Bu hal Şarl üçün reallaşa bilər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*