Bəhreyn-2019: Üçüncü sərbəst yürüşlər

Üçüncü məşqlər zamanı asfaltın istiliyi +40 dərəcəyə çatıb ki, bu da axşamki sıralanma turu və sabahkı yarış zamanı gözləniləndən xeyli çoxdur. Komandalar dünən qarşılaşdıqları problemləri həll etdiklərinə əmin olmaq və etibarlılığı yoxlamaq üçün ardıcıl dövrələrə üstünlük veriblər.

F-1.az bildirir ki, bu gün trasın vəziyyəti daha da yaxşılaşıb. Sessiya sakit keçib. Peres təkəri deşildiyi üçün boksa qayıdıb, trasa xeyli gec çıxan Ferstappen isə dərhal sürətli dövrə ilə yadda qalıb. Sonlara doğru sürücülər yumşaq təkərlərə keçiblər və nəticələr sürətlə dəyişib.

Şarl Lekler protokollara başçılıq edib – 1:29.569. Bizi çox maraqlı sıralanma turu gözləyir!

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 16 Şarl Lekler Ferrari 1:29.569 15
2 5 Sebastyan Fettel Ferrari 1:29.738 + 0:00.169 16
3 44 Lyuis Həmilton Mercedes AMG 1:30.334 + 0:00.765 10
4 77 Valtteri Bottas Mercedes AMG 1:30.389 + 0:00.820 12
5 8 Roman Qrojan Haas 1:30.818 + 0:01.249 14
6 27 Niko Hülkenberq Renault 1:30.910 + 0:01.341 12
7 4 Lando Norris McLaren 1:30.955 + 0:01.386 15
8 33 Maks Ferstappen Red Bull 1:30.959 + 0:01.390 10
9 55 Karlos Sayns McLaren 1:30.965 + 0:01.396 14
10 26 Daniil Kvyat Toro Rosso 1:31.173 + 0:01.604 17
11 7 Kimi Rəykkönen Alfa Romeo 1:31.333 + 0:01.764 21
12 10 Pyer Qasli Red Bull 1:31.392 + 0:01.823 13
13 20 Kevin Maqnussen Haas 1:31.540 + 0:01.971 13
14 18 Ləns Stroll Racing Point 1:31.618 + 0:02.049 16
15 11 Serxio Peres Racing Point 1:31.638 + 0:02.069 9
16 3 Daniel Rikkardo Renault 1:31.643 + 0:02.074 11
17 23 Aleksander Elbon Toro Rosso 1:31.679 + 0:02.110 17
18 99 Antonio Covinatsi Alfa Romeo 1:32.132 + 0:02.563 21
19 63 Corc Rassell Williams 1:33.387 + 0:03.818 14
20 88 Robert Kubitsa Williams 1:33.525 + 0:03.956 13
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*