K.Rəykkönen: “Gələcəyim mənim əlimdə deyil”

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, onun 2017-ci ildə Ferrari-də qalacağı hələ də dəqiqləşməyib, amma buna baxmayaraq finlandiyalı əlavə edib ki, onun idmana olan istəyi hələ də davam edir...

F-1.az xatırladır ki, Kimi Rəykkönen keçən il heç də yaxşı performans göstərmirdi, amma buna baxmayaraq, italyanlar onunla müqaviləni bir il daha uzatdılar. Rəykkönenin müqaviləsinin müddəti ilin sonunda başa çatacaq.

Kimi Rəykkönen: “İlin sonuna kimi müqaviləm var bə buna görə də nə olacağını heç kim bilmir. Gördüyüm işdən həzz almasaydım, burada olmazdım. Sözün düzü, yarışmaq üçün istəyim var, amma bəzi şeylər bizdən asılı deyil.

Biz sadəcə əlimizdən gələnin ən yaxşısını etməliyik və gələcəyə baxmalıyıq. Hər yarış inkişaf edəcəyik və nələr olacağını görəcəyik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*