Ş.Lekler: Qeyd-şərtsiz Ferrariyə sadiqəm

Bakıda cümə axşamı keçirilən mətbuat konfransında Ferrari-nin monakolu sürücüsü Mercedes-ə keçəcəyi ilə bağlı şayiələri təkzib edib...

F-1.az xatırladır ki, Şarlın uğursuzluqlara görə artıq Ferrari-dən getmək istəməsi barədə artıq çox xəbərlər dolaşırdı.

Şarl Lekler: “İndi komanda yenidən strukturlaşmadan keçir. Təəssüf ki, Loran Mekis gedir, əla münasibətimiz var idi. Amma komandada hər kəs bunun Loran üçün düzgün addım olduğunu anlayır. AlphaTauri-də böyük şans əldə edəcək.

Komanda birdən çox adamdan ibarətdir. Və mən uğurlu gələcəyə inanıram, Frederik Vassyörün uzunmüddətli planlarına inanıram. O, nəyə və necə nail olmaq istədiyini dəqiq bilir ki, bu da mənə əminlik verir. Biz irəliyə doğru böyük addım atmalıyıq və bunu çox yaxşı başa düşürəm.
Mən mütləq şəkildə Ferrariyə sadiqəm. Ferrarini sevirəm və həmişə bu komandada yarışmaq arzusunda olmuşam. Əsas prioritetim bu komanda ilə çempionluq titulunu qazanmaqdır vəə getməyi düşünmürəm.
Xeyr, Mercedes-lə danışıqlarım olmayıb. Hal-hazırda heç belə bir şey yoxdur. Bütün diqqətimi bu gün həll etdiyimiz vəzifəyə yönəltmişəm. Mən hər şeyimi Ferrariyə verirəm. Dediyim kimi, bu komandaya tam inamım var və gələcəyimə də əminəm, amma nələrin baş verəcəyini görəcəyik”.
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*