Volff komandaya inanır

Mercedes-in rəhbəri hesab edir ki, komandası lider Red Bull ilə fərqi aradan qaldıra bilər.

F-1.az bildirir ki, Ciddə yarışından sonra Toto bildirib ki, hazırki qüvvələr nisbəti hələ yekun deyil.

Toto Volff: “Red Bull-un niyə belə üstünlüyə malik olduğunu qiymətləndirməyə çox vaxtımız yox idi, çünki komandamız üçün öz kimliyimizi bərpa etmək vacib idi, biz bunu etdik. İndi ikinci addımı atmalı və fərqi aradan qaldırmaq üçün maşını necə təkmilləşdirəcəyimizi başa düşməliyik. Artıq bu prosesin bir hissəsi olaraq, rəqiblərin hansı yanaşmadan istifadə etdiyini və nəyi əldən verdiyimizi anlamaq üçün onların maşınları barədə öyrənəcəyik.

Mövsümün cəmi iki yarışından sonra aradakı fərqləri obyektiv hesab etmək olmaz. Əvvəlcə komanda hər cür səy göstərəcək və yalnız bundan sonra qüvvələr nisbətini qiymətləndirəcəyik. Keçən il ciddi yırğalanmaya məruz qalan maşınla aradakı böyük fərqi azalda bildik. Yekunda hətta yarışda qalib də gəldik. Biz indi də çox çalışırıq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*