T.Volff: “Tam gücümüzdə sürmədik”

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, komandasının cümə günü göstərdiyi performansdan narahat deyil.

F-1.az xatırladır ki, Mercedes sürücüləri Ferrari sürücülərindən yarım saniyə geridə qalaraq 3-cü və 4-cü yerləri tutublar.

Toto Volff: “Ferrari sürücüləri yüksək güc rejimində dövrələr vururdular. Buna görə narahat deyilik. Əla dövrə vurdular. Komandalar bir-birilərinə çox yaxındırlar. Fərqlər barədə bir söz deyə bilmərəm.

Ferrari-nin nəticəsi təsiredici idi. GPS məlumatlarımız var və bütün bolidləri izləyə bilirik. Düzlüklərdə birdən sürətlənirlər. Döngələrdə isə stabildirlər. Ancaq telemetriyada bunu görə bilərsiniz”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*