T.Volff Aston Martin-in səhmlərini alıb

Toto bunun üçün 37 milyon funt sterlinq xərcləyib. Lakin onun Mercedes komandasındakı postunda qalacağı bildirilir.

F-1.az bildirir ki, Volffun nümayəndəsi bu faktı Daily Mail-ə təsdiqləyib. Beləliklə, Lyuis Həmiltonun da komanda ilə yeni müqavilə bağlayacağı ehtimalı xeyli yüksəlib. İngilis resursu onu da bildirib ki, Totonun sahib olduğu səhmlər komanda səhmlərinin 4.77%-ni təşkil edir və satınalma prossesi gələn həftə yekunlaşacaq. Volffun meneceri bildirib ki, bu, tamamilə maliyə investisiyasıdır və onun Mercedes-dəki fəaliyyətinə təsir etməyəcək.

Menecerin bu açıqlaması bəzi söz-söhbətlərə son qoya bilər – Toto ilə Aston Martin-in rəhbəri Laurens Strollun həm dostluq, həm də işgüzar münasibətlərinin yaxşı olduğu, bunun da nəticəsində avstriyalı mütəxəssisin 2021-ci ildə adını dəyişdirəcək Racing Point-i idarə edəcəyi danışılırdı.

Bunu bir çoxları, hətta Berni Ekklstoun da ehtimal edirdi. Volffun mart ayında ləğv olunan yarışdan sonra komanda rəhbərlərinin vacib toplantısında iştirak etməyərək Stroll ilə birlikdə Avstraliyadan qayıtması da söz-söhbətlərin artmasına səbəb olmuşdu.

Toto Volff həm də Mercedes komandasının hissələrinin 30%-nin sahibidir və bu vəziyyətin bəzi mübahisələrə yol açacağı gözləniləndir.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*