T.Volff Şumaxerə minnətdardır

Mercedes Motorsport-un rəhbəri Toto Volff komandanın indiki vəziyyətinə görə Mixael Şumaxerə minnətdardır.

F-1.az xatırladır ki, almaniyalı sürücü 2010-2012-ci illərdə Mercedes-lə Formula1-ə qayıtmış və 2012-ci ilin sonunda yenidən idmandan ayrılmışdı. Komanda Şumaxerlə uğur qazana bilməsə də, 2013-cü ildə bir neçə dəfə poul və qələbə qazana bilmişdi. Lakin almaniyalılar 2014-cü ildən bəri hər mövsüm hər iki cəbhədə çempionluğu əldən verməyiblər.

Toto Volff: “Mixael həyatımın və Mercedes-in bir parçasıdır. Həmişə qəlbimizdədir. Mənim üçün bütün dövrlərin ən güclü sürücüsüdür. O, məsləhətçimiz idi və onun üçün darıxırıq. Mixael Mercedes-in uğurlarının təməlini atan adamlardan biridir. 2010-2012-ci illərdə komandanın yenidənqurulmasında iştirak etdi və hazırkı uğurların əldə olunmasına kömək etdi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*