17 Sentyabr 2019, Çərşənbə axşamı - 08:53

T.Volff: “Çində daha güclü olacağıq”

T.Volff: “Çində daha güclü olacağıq”

Müəllif: Rauf Hacıyev, redaktor

09:15 - 29 Mart, 2017

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, Çin yarışına daha güclü formada başlayacaqlar.

F-1.az xatırladır ki, Mercedes komandası son 3 mövsümdə baş tutan 59 yarışda 51 qələbə qazanaraq 3 dəfə çempion olub. Amma yeni mövsümün ilk yarışında Həmilton rəqibi Fetteldən 10 saniyə geridə qalıb.

Toto Volff: “Artıq Ferrari-nin vacib rəqib olduğunu qəbul etməliyik. Son 3 ildə çox yarış qazandıq və ciddi rəqibimiz olmamışdı. Bu il işlər fərqlidir və diqqətimizi cəmləməliyik.

Rəqabət idman üçün həmişə yaxşı olub. Onsuz azarkeşlər də bunu görmək istəyirlər. Uduzmaq da bu işin bir hissəsidir. Amma mükəmməl 3 il keçirdikdən sonra bunu qəbul etmək çətindir. Çindəki yarışa hazır olacağımıza əminəm. Qalib gəlmək üçün böyük şansımız var. Amma rəqiblərimizi gözardı edə bilmərik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 322
Teqlər , , , ,
Paylaş

logo