L.Həmilton: Bəzi sürücülər mənə qarşı sərtdirlər

Mercedes komandasının sürücüsü Lyuis Həmilton düşünür ki, bəzi sürücülər onu görəndə fərqli formada mübarizə aparırlar.

F-1.az xatırladır ki, britaniyalı sürücü son dövrlərdə Alonso, Ferstappen və Pereslə mübarizələrə girib.

Lyuis Həmilton: “Əslində açıqlaması bəsitdir. Bəzi sürücülər mənə qarşı fərqli davranırlar. Səbəbini bilmirəm, amma bəlkə də mənim təcrübəmə, şöhrətimə və uğurlarıma görədir. Belə olduğuna əminəm, çünki buraya gələndə mən də güclü və uğurlu sürücülərə qarşı daha aqressiv olurdum”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*