12 Dekabr 2018, Çərşənbə - 21:19

L.Həmilton: “Ferstappen hörmətsizlik edir”

L.Həmilton: “Ferstappen hörmətsizlik edir”

Müəllif: Rauf Hacıyev, redaktor

14:47 - 09 Aprel, 2018

Mercedes komandasının sürücüsü Lyuis Həmilton rəqibi Maks Ferstappenin Bəhreyndəki hücumunu axmaqlıq adlandırıb.

F-1.az xatırladır ki, hollandiyalı sürücü yarışa 15-ci yerdən başlasa da, mükəmməl startla 9-cu yerdəki Lyuis Həmiltona çatıb. Birinci döngədə dördqat Dünya Çempionuna hücum edən 20 yaşlı sürücü rəqibi ilə təmas yaşayıb və nəticədə təkəri deşilib. Partlamış təkərlə özünü pitə çatdıra bilən Ferstappenin təkərləri dəyişdirilsə də, hidravlik problemə görə yarışa davam edə bilməyib.

Lyuis Həmilton: “Maksla yan-yana gəldik və lazımsız təmas yaşadıq. Sürücülər arasında hörmət olmalıdır. Bu insidenti yenidən izləyəcəm, amma burada hörmət deyilən şey yox idi. Bu axmaq hərəkət idi, çünki yarışı bitirə bilmədi. Son dövrlər çox səhv edir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 164
Teqlər , , , ,
Paylaş

logo