K.Horner: Qasli-Elbon dəyişikliyi məntiqli olmaz

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Elbonla Qaslinin yerini dəyişdirmək məntiqli olmaz.

F-1.az xatırladır ki, Pyer Qasli bu il Red Bull-un bala komandası sayılan AlphaTauri-də çıxış etsə də, bir yarış qazanıb. Red Bull-da yarışan Aleksander Elbon isə hələ də podiuma çıxa bilməyib.

Kristian Horner: “Pyer inanılmaz iş gördü. Toro Rosso-ya qayıtdıqdan sonra özünə inamı artdı. Hazırda inanılmaz performans göstərir. AlphaTauri onunla əla işləyir. İşlər onun üçün düzəlib və bu, gözəl haldır.

Amma Red Bull komandasının gələnilki heyəti artıq dəqiqləşib. Aleks Elbona fokuslanmışıq. Ona hər cür fürsəti verəcəyik. Sürücüləri dəyişdirmək mənasızdır. Alpha Tauri bizim qardaş komandamızdır. Frats Tost da Pyerdən çox razıdır.

Son qərarımızı növbəti günlərdə verəcəyik. Hazırda RB16-dakı problemləri düzəltməyə fokuslanmışıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*