Rəsmən: Qasli Alpine-ə keçir

F-1.az bildirir ki, fransız sürücünün Red Bull-un himayəsindən ayıraraq öz ölkəsinin komandasına keçəcəyi çoxdan gözlənilirdi. O, təcrübəli Fernando Alonsonu əvəzləyəcək.

Pyer Qasli: “Alpine ailəsinə qoşularaq karyeramda yeni səhifə açacağım üçün həyəcanlıyam. Fransız komandada yarışmaq xüsusi bir şeydir. Mən komandanın güclü tərəflərindən xəbərdaram, çünki onların sürücüləri ilə mübarizə aparıram – komandanın inkişafı və ambissiyası xoş təsir bağışlayır.

9 illik əməkdaşlıq üçün Red Bull-a təşəkkür edirəm. Onların dəstəyi və etibarə sayəsində Formula1 pilotu oldum və son illərdə AlphaTauri ilə əldə etdiyimiz nailiyyətlər həqiqətən də, fenomenaldır. Gələcəkdən bəhs edəsi olsaq, bütün təcrübəmdən istifadə edərək podiumlar uğrunda mübarizə aparmaq, Alpine-nin titul uğrunda mübarizəsinə töhfə vermək istəyirəm”.

Qeyd edək ki, Pyer AlphaTauri (eyni zamanda keçmiş adı olan Toro Rosso) ilə 91 yarışa çıxıb, 3 podium və 1 qələbə əldə edib.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*