Qaslinin gələcəyi tezliklə məlum olacaq

AlphaTauri komandasının sürücüsü Pyer Qasli bildirib ki, gələcəyi ilə bağlı müəmmalar tezliklə sona çatacaq. 

F-1.az xatırladır ki, fransalı sürücünün adı Alpine ilə hallanır. Lakin AlphaTauri komandası onun yerinə hələ də sürücü tapa bilmir. Onların ümidi Kolton Hertaya olsa da, FİA ona superlisenziya verməyib.

Pyer Qasli: “Sözün açığı danışıqlar və müzakirələr davam edir. Ümid edirəm ki, növbəti iki ya da üç həftədə gələcəyim barədə dəqiq məlumat alarıq. Hazırda heç nə dəyişməyib. Gələcəyimlə bağlı yenilik olsa, əminəm ki, onu hamıdan əvvəl siz öyrənəcəksiniz”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*