H.Marko Kvyatdan narazıdır

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko sürücüsü Daniil Kvyatdan narazıdır.

F-1.az xatırladır ki, rusiyalı sürücü keçən il Toro Rosso ilə Formula1-ə qayıtsa da, 21 yarışın 10-da xal almış və 37 xalla 13-cü yeri tutmuşdu. 26 yaşlı pilot bu il 6 yarışın sadəcə ikisində xal alıb və bu yarışlarda 10-cu yeri tutub. Kvyat sıralanma turunda hələ də komanda yoldaşı Qasliyə qarşı üstünlük qazana bilməyib.

Helmut Marko: “Daniil gözləntilərimizi qarşılamır, amma hələ də mövsümün ortasına çatmamışıq. Onun yerinə yarışa biləcək sürücülər var. Formula2-də Yuki Tsunoda və Formula3-də Liam Louson super lisenziya almağa yaxındırlar. Ancaq biz Kvyatı dəyişdirmək barədə düşünmürük”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*