10 Dekabr 2018, Bazar ertəsi - 23:56

K.Horner Renault-ya güvənir

K.Horner Renault-ya güvənir

Müəllif: Rauf Hacıyev, redaktor

15:27 - 27 Aprel, 2016

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Renault-nun Formula1 layihəsindəki yenilikləri artıq nəticə verməyə başlayıb və onlar yeni versiya mühərrikləri səbirsizliklə gözləyirlər…

F-1.az xatırladır ki, turbomotor erası başlayandan sonra Red Bull komandası ilə Renault-nun münasibətləri pisləşmişdi. Bundan sonra Renault öz komandasını quraraq, Fomula1-ə qayıtdı. Red Bull komandası isə TAG Heuer brendli Renault mühərriklərindən istifadə edir. Amma Renault mühərrikləri bu il keçən ilə nisbətən 0.5 saniyə sürətlənib və fransızların Kanadaya yeni motor gətirməsi gözlənilir.

Kristian Horner: “Renault-nun zavodundakı işçilər qış ərzində mühərriyi yaxşı vəziyyətə gətirdilər.

Yenidənqurma işləri öz bəhrəsini verir və əminəm ki, bu onların inkişafına çox kömək etdi.

Biz ümid edirik ki, yeni versiya mühərriklər daha yaxşı olacaq. Əgər o mühərriklər fikirləşdiyimiz kimi işləsə, qısa müddət ərzində öndəki qrupla mübarizə apara bilərik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 485
Teqlər , , ,
Paylaş

logo