Sürücülər təhlükəsizlik zonasının ləğv olunmasını istəyirlər

Daniel Rikkardo və Niko Hülkenberq Meksika yarışının ilk döngəsindəki insidentdən sonra təhlükəsizlik zonası mövzusunu yenidən gündəmə gətiriblər...

F-1.az xatırladır ki, Meksikadakı yarışa pouldan başlayan Həmilton startda təkərlərini blokladığına görə trası kəsmiş və yerini qorumuşdu. Eyni yerdə Sebastyan Fettelə qarşı müdafiə olunan Ferstappen də trası kəsmişdi, amma hollandiyalı sürücü buna görə finişdən dərhal sonra cəza almışdı.

Bu iki hadisəyə verilən reaksiyalar fərqli olduğu üçün qaydalardakı uyğunsuzluqlar gündəmə gətirilib. Amma bəzi sürücülər təhlükəsizlik zonalarına çıxan sürücülərin cəzalandırılmasını istəyirlər.

Daniel Rikkardo: “Mən çınqıllı sahələrin tərəfdarıyam. Çünki bu cür sahələr sürücünü ləngidir. Çınqıllı sahəyə yüksək sürətlə girsəniz, radiotorlara və təkərlərə daş girir və bunun cəzasını çəkirsiniz. Müdafiə olunan sürücülərin döngəni kəsib sonra davam etməsini qəbul etmirəm. Buna görə də Lyuisin ilk döngədəki insidentini qəbul etmirəm. İlk dövrə və ilk döngə ən həyəcanlı yerdir. O cür hərəkət edirsinizsə, cəzasını çəkməlisiniz”.

Niko Hülkenberq isə bildirib ki, əgər çınqıllı sahələr təhlükəsizliyə görə tətbiq edilmirsə, onda təhlükəsizlik zonalarına əngəlləyici elementlər qoyulmalıdır: “Çınqıllı sahələri bilmirəm, amma Soçi və ya Montsadakı kimi tras xaricinə çıxırsınızsa, bir şeyin ətrafında dönərək, cəzasını çəkməlisiniz. Lyuisin əyləcə basdığı yerdə döngəni götürmək mümkün deyildi”.

Red Bull komandasının rəhbəri Kristian Horner Berni Ekklstounun trasın döngələrinə divar inşa edilməsi ideyasını dəstəkləmir. Amma o da döngələrin kəsilməməsi üçün lazımi işlərin görülməsini istəyir: “Berninin divar inşa etmə ideyası… Bu yaxşı ideya deyil. Amma çınqıllı sahə ideyasını dəstəkləyirəm. Çınqıllıq olsa, ya mübarizəni dayandırarsınız, ya da çoxlu vaxt itirərsiniz. Birinci döngədə təhlükəsizlik zonasındansa, çınqıllı sahənin yaxşı olub-olmayacağını müzakirə etməliyik.

Maksın cəza aldığı vəziyyətlə Həmiltonun Monakodakı trası kəsməsi və Meksikadakı insidenti nəyə görə fərqlənirlər? Həmişə olduğu kimi stüardların şərhini gözləyirik. Orada çınqıllı sahə olsa, sürücülər cəzalarını çəkərlər”.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*