K.Horner: “Ferrari-yə çata bilərik”

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, onlar mövsüm ərzində Ferrari-yə çata biləcək gücə sahibdirlər.

F-1.az xatırladır ki, Daniel Rikkiardo Avstraliya QP-də ikinci yerə qədər yüksəlsə də, finişə Fetteldən 15 saniyə sonra 4-cü yerdə çatıb.

Kristian Horner yarış barədə fikirlərini bildirib: “Ferrari bizdən çox qabaqda deyil, ona görə də öz işimizlə məşğul olsaq, mövsümün ikinci yarısında onlarla fərqi bağlaya bilərik.

Bizim şassimiz çox yaxşı işləyir və təkərin yeyilmə səviyyəsi də çox yaxşıdır.

Bizim ardıcıl dövrələrimiz də çox yaxşıdır və rəqabətədavamlıyıq.

Rikkardo quru havada və eyni təkərlərlə Fettel ilə eyni zaman nəticələrini atırdı. Ona görə də bu nəticələr bizə cəsarət verdi.

Biz doğru strategiya seçdik və yaxşı pit-stoplar etdik. Ona görə də onu deyə bilərəm ki, biz sağlam performans göstərdik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*