21 Avqust 2019, Çərşənbə - 03:45

S.Fettel balans problemi yaşayıb

S.Fettel balans problemi yaşayıb

Müəllif: Rauf Hacıyev, redaktor

10:20 - 24 İyun, 2019

Ferrari komandasının sürücüsü Sebastyan Fettel Fransa yarışından sonra balansla bağlı şikayətlər edib.

F-1.az xatırladır Fransa yarışına 7-ci yerdən başlayan başlayan Fettel ilk dövrələrdə McLaren sürücülərinin arxasında ləngisə də, onları qabaqlayıb və yarışı 5-ci yerdə bitirib.

Sebastyan Fettel: “Yarışda tək idim. Lando və Karlosla mübarizə aparmaq həzz verdi. Pitdən əvvəl Maksa yaxınlaşsam da, daha sonra balansla bağlı problem yaşadıq. Beşinci yer maksimum idi. Şarl və Maksla eyni tempdə gedirdim. Ən azından sürətli dövrə vuraraq əlavə 1 xal qazandım. Bolidimiz hələ də güclü deyil. Mercedes-dən çox geridəyik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 66
Teqlər , , ,
Paylaş

logo