Ş.Lekler: Hər şeyi bir dövrədə itirdik

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, hər şeyi bir dövrə içində itirib.

F-1.az xatırladır ki, monakolu sürücü Rusiya yarışına 19-cu yerdən başlasa da, yaxşı startla onluğa gələ bilmişdi. Lakin Şarl yağış başladıqdan sonra quru hava təkərləri ilə yola davam etdi və yekunda xalsız qaldı.

Şarl Lekler: “Çox çətin idi. Quru hava təkərləri ilə trasda çox qaldıq və son iki dövrəyə qədər hər şey qaydasnda idi, çünki rəqabətədavamlı idik. Daha sonra yağış gücləndi və bizi çətin vəziyyətə saldı. bir dövrə ərzində hər şeyi itirdik. Mənim üçün də, Lando üçün də vəziyyət oxşar idi. Daha yaxşısını edə və sürücü kimi komandaya yön göstərə bilərdim. Yarışı belə bitirmək məni məyus edir. Bundan dərs çıxaracam”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*