18 Avqust 2019, Bazar - 23:42

Komandalar niyə səhm almadılar?

Komandalar niyə səhm almadılar?

Müəllif: Rauf Hacıyev, redaktor

15:28 - 28 Yanvar, 2017

Mercedes Motorsport-un rəhbəri Toto Volff komandaların nəyə görə Formula1-in səhmlərini almadığını izah edib.

F-1.az xatırladır ki, Liberty Media şirkəti Formula1-i 8 milyarda aldıqdan sonra komandalara alması üçün 400 milyon dollarlıq səhm ayırmışdı. Amma heç bir komanda bu səhmlərə maraq göstərməmişdi. Bu barədə heç bir açıqlama verilməmişdi.

Amma Toto Volff bildirib ki, hədəflər üst-üstə düşmədiyi üçün səhm almayıblar: “Formula1-in səhmləri bizə təklif edildi, amma heç bir komandanın marağını çəkmədi. Vaxtımız yox idi və komandaların mənfəətləri Formula1-in əvvəlki səhmdarı CVC ilə üst-üstə düşmürdü. Ən əsas isə idmanın davamlılığı idi”.

Komandaların yeni sahiblərinin nələr edəcəyini görmək üçün bir müddət kənarda qalacaqlar. Amma Volff Formula1 Qrupuna yaxın olacaqlarını əlavə edib: “İndi Liberty ilə işləməliyik. Onlar bilir ki, komandalar və sürücülər şounun önəmli bir parçasıdır. Eyni zamanda bunun bir əyləncə olduğunu bilirik. Youtube-da videosu olan hamı ilə rəqabət aparırıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 919
Teqlər , , , ,
Paylaş

logo