S.Peres: “Bəhreyndə yaxşı xallar ala bilərik”

Force İndia komandasının sürücüsü Serxio Peres bildirib ki, Bəhreyndə xal qazanmaq daha asan olacaq.

F-1.az xatırladır ki, meksikalı sürücü 2014-cü ildə Saxir trasında 3-cü olaraq Force İndia komandasının heyətində ilk podiumunu əldə etmişdi.

Serxio Peres: “Bu həftəsonu üçün hədəfimiz çoxlu xal almaqdır. Melburnda orta qrupun çox yaxın olduğunu gördük. Buna görə də səhvsiz həftəsonu keçirməliyik. Bəhreyn trasında gözəl yarışlar olub. 2013-cü ildə sabiq komanda yoldaşım Censon Battonla mübarizəni xatırlayıram. Tras təkər-təkərə mübarizələrə əlverişlidir. Birinci döngədə yer itirsəniz də, 2-4-cü döngələrdə yerinizi geri ala bilərsiniz. Melburnda ötmə etmək çətin idi. Bəhreyndə isə əksinədir”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*