S.Peres: Burada daha sürətliyik

Red Bull komandasının sürücüsü Serxio Peres bildirib ki, Sinqapurla nisbətdə Yaponiyada daha sürətlidirlər.

F-1.az xatırladır ki, meksikalı sürücü Suzukada keçirilən cümə sərbəst yürüşlərində komanda yoldaşı Ferstappendən yavaş görünüb və günü 9-cu yerdə bağlayıb. Lakin Red Bull komandası Sinqapur Qran Prisinə nisbətdə daha sürətli görünüb.

Serxio Peres: “Maraqlı gün idi. İlk sessiyada balans problemləri yaşadıq. Xüsusən də mən balansda çətinlik çəkdim. İkinci sessiyada vəzyyəti yaxşılaşdırmağa çalışdıq, amma hələ istədiyimiz yerdə deyilik. Lakin hansı yönə gedəcəyimizi çox yaxşı bilirik. Ancaq burada hər şey keçən həftəkinə nisbətən yaxşı görünür. Bu da yaxşı xəbərdir. Sabahkı sıralanma turunu səbirsizliklə gözləyirəm”.

Serxio Peres bildirib ki, təkər yeyilməsi çox yüksəkdir: “Burada hava çox istidir və təkər yeyilməsi çox olacaq. Lakin sabah və bazar günü güclü olacağımıza inanıram. Yarış tempində güclü görünürük. İndi isə balans problemlərini həll etməliyik. Daha sonra yarışı düşünə bilərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*