M.Ferstappen: Tras bərbad idi

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, bolid keçən həftəyə nisbətən güclüdür.

F-1.az xatırladır ki, hollandiyalı pilot Ştiriya Qran Prisinin sıralanma turunda lider Həmiltondan 1.2 saniyə geridə qalaraq, 2-ci olub

Maks Ferstappen
: “Sıralanma turu yaxşı keçdi. Son sessiyada yağış artmışdı və bolid sürüşürdü. Buna görə də bəzi döngələri yavaş keçdim. Məncə, ikinci yer yaxşıdır.

Trasdakı vəziyyət bərbad idi. Yolu görmək olmurdu. Öndəki maşından altı saniyə geri olsaq da, spreyə görə önümüzü görmürdük. Ancaq bu hal hamı üçün eyni idi və dözməli idik. İnanıram ki, quru havada şansımız olacaq. Sabahı gözləyirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*