Red Bull Hülkenberqlə maraqlanmır

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Hülkenberqlə maraqlanmırlar.

F-1.az xatırladır ki, almaniyalı sürücünün adı Haas komandası ilə hallansa da, amerikalılar gələn il üçün Qrojan və Maqnussenlə razılaşıblar. Bəzi iddialara əsasən, Hülkenberq gələn il Red Bull-da Aleksander Elbonu əvəzləyə bilər

Kristian Horner
: “Niko siyahımızda yoxdur. O, mükəmməl sürücüdür və növbəti il Formula1-də olmaması ehtimalı məyusedici haldır. Ümid edirəm ki, özünə komanda tapar, çünki peletondakı bəzi sürücülərdən güclüdür.

Biz gələn ilin heyətini təyin etməyə tələsmirik. Bütün sürücülərimizin müqaviləsi var. Aleksi dəyərləndirəcəyik və digər sürücülərimizlə müqayisə edəcəyik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*