F.Alonso yeni mühərriklə yarışacaq

McLaren komandasının sürücüsü Fernando Alonso Bəhreyndə sıralanma turunda ikinci sessiyaya qalsa da, sürətli dövrə vura bilməyib.

F-1.az xatırladır ki, ispaniyalı sürücü sürətli dövrə vurmaq üçün trasa çıxsa da, qızdırma dövrəsindən sonra boksa qayıtmış və yenidən trasa çıxmamışdı. Beləliklə, Bəhreyndə ən çox qalib gəlmiş sürücü bugünkü yarışa 15-ci yerdən başlamalı olacaq.

Fernando Alonso: “Çox məyusam. Bolid yaxşı performans göstərirdi, amma güc qurğusundakı problemə görə fürsəti əldən verdik. Sıralanma turunda 12-ci yeri tuta bilərdim. İndi isə bizi çətin və uzun yarış gözləyir. Güc qurğusu problemi isə işimizi daha da çətinləşdirəcək. Onu dəyişdirməliyik. Bu problemin sərbəst yürüşlərdə əmələ gəlməsini istərdim, amma avtoidmanda seçim etmək şansımız olmur. Amma yarışda bəxtimiz gətirsə, xal ala bilərik”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*