F.Alonso: “Ən güclü sürücü mənəm”

Fernando Alonso McLaren-in problemlərindən sonra narazılığını söyləməyə davam edir.

F-1.az xatırladır ki, Honda mühərriyi bu il də etibarsız təsir bağışlayır. Alonso bildirib ki, ən yaxşı sürücü olsa da, yaponlar ona uğur qazanmağa imkan vermir: “Ən yaxşı səviyyədə sürürəm. Hazırda trasdakı ən yaxşı sürücüyəm. Amma mühərriyimiz düzlüklərdə zəifdir. Honda hələ hazır deyil. Şassimiz güclüdür. Dəyişikliklərə yaxşı cavab verir. Döngələrə yaxşı girir. Boliddən həzz alıram.

Yeni bolidlər karyerama davam edib, qalib gəlmək üçün mənə motivasiya verdi. Yaxşı nəticələr almamış yarışlardan getməyəcəm. Bir gün boliddə gedərkən rəqiblərimin düzgün trayektoriya seçdiklərini, məndən gec əyləcə basdıqlarını, məndən yaxşı start aldıqlarını görsəm, həmin gün idmandan gedəcəm. Amma hazırda tam əksini görürəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*