09 Dekabr 2018, Bazar - 23:26

K.Rəykkönen: “Məyusam!”

K.Rəykkönen: “Məyusam!”

Müəllif: Rauf Hacıyev, redaktor

21:10 - 07 Aprel, 2018

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, sıralanma turunda poulu əldən verdiyi üçün məyusdur.

F-1.az xatırladır ki, finlandiyalı sürücü ilk cəhdindən sonra lider olsa da, ikinci cəhdindən sonra Fettel poulu qazanıb. Beləliklə, peletonun ən yaşlı sürücüsü sabahkı yarışa ikinci yerdən start verəcək.

Kimi Rəykkönen: “Son dövrəm ideal deyildi. Əlimdən heç nə gəlmir. Bu gün şənbədir və əsas bazar günü keçiriləcək yarışdır. Buna görə də heç nə itməyib. Təbii ki, hər şey yaxşı gedərkən poulu əldən vermək pis oldu. Məyusam. Ümid edirəm ki, sabah hər şey daha gözəl olar. Təkərləri qorumaq vacibdir. Yaxşı strategiya ilə dubl etməyə çalışacağıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 107
Teqlər , , ,
Paylaş

logo