F2001 hərracda satılacaq

Ferrari-nin 2001-ci ildə şou yürüyüşlərində istifadə etdiyi F2001-in xüsusi versiyası hərracda satılacaq.

F-1.az bildirir ki, bu bolid xaricdən F2001-ə bənzəsə də, heç bir yarışda bu maşından istifadə edilməyib. Buna görə də ona şou maşını deyə bilərik.

Əslində Şumaxerin dövründəki bolidlər milyonlarla dollara satılır. Lakin bu maşın yarışlara qatılmadığı üçün nisbətən ucuz satılacaq. Bu maşının 500-700 min dollar civarında satılacağı güman edilir.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*