K.Sayns təmkinli danışır

Ferrari komandasının sürücüsü Karlos Sayns birinci qış testlərindəki performansa baxmayaraq, təmkinli danışıb.

F-1.az xatırladır ki, Ferrari Kataloniyadakı mövsümöncəsi testlərdə inamlı təsir bağışlayıb və ən çox dövrə vuran komanda olub. Əksəriyyət “qırmızılar”ın çox güclü olduğunu düşünür.

Karlos Sayns: “İndidən nəticələr çıxarılır və bəzi proqnozlar verilir. Bunu anlayıram. Lakin performansımız barədə bir söz deyə bilmərəm. Bundan başqa rəqiblərin nə qədər yanacaq işlətdiyini və hansı motor rejimində olduqlarını bilmirik. Buna görə də testlər barədə qəti söz deyə bilmərəm. Heç nə bilmirəm. Bəhreyndə çox şeyə aydınlıq gələcək”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*