K.Sayns: Favorit Red Bull-dur

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, yarışda favorit Red Bull-dur.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Amerikadakı sıralanma turunda poul qazanıb. Maks Ferstappen isə yarışa ikinci yerdən başlayacaq.

Karlos Sayns: “Sıralanma turu əyləncəli idi. Küləklə bir yerdə hər şey bir-birinə qarışdı və hər döngə macəra kimi keçirdi. Asfaltla ilişmə necə olacaq bilmirsiniz. Yenə də səhv etmədən bir dövrə vurdum və poul qazandım. Uzun müddət idi ki, bunu gözləyirdim.

Düzünü deyəcəm, məncə, yarışın favoriti Red Bull-dur. Yarış templəri bizimkindən güclüdür. Hər yarış bizi keçirlər. Maks yaxşı iş görür və Red Bull-un bolidi yarışda yaxşı işləyir. Yenə də biz öndə qalmaq üçün əlimizdən gələni edəcəyik. Sabaq qazanaraq, son 4 yarışa yaxşı başlanğıc edə bilərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*