Ş.Lekler xoşbəxtdir

Ferrari komandasının sürücüsü Şarl Lekler vətəni Monakoda poul qazandığı üçün xoşbəxtdir.

F-1.az xatırladır ki, monakolu sürücü 1.11.376 zaman nəticəsi ilə builki 5-ci poulunu əldə edib.

Şarl Lekler: “Bu, çox xüsusidir. Çox xoşbəxtəm. İndiyə kimi problemsiz həftəsonu oldu və bilirdim ki, maşın sürətlidir. Hər şey əla idi. Qırmızı bayraqdan əvvəl dövrəm yaxşı idi. Yenə də bizim üçün heç nə dəyişmədi.

Son cəhdimdə limitlərdə sürürdüm. Son sektorda təkərləri doğru aralığa gətirə bilmirdim, çünki trafik olurdu və arxa tərəf sürüşürdü. Yenə də nəticəmdən razıyam. Karlosun mənimlə birgə ilk cərgədə olması gözəldir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*