F.Massa: Mətbuat Lekleri tənqid edərkən yanılır

Keçmiş F1 sürücüsü Ferrari-də yarışan gənc Şarl Leklerin bu mövsüm uğursuz çıxışları ilə bağlı fikirlərini bölüşüb.

F-1.az xatırladır ki, monakolu sürücünün aktivində ilk 3 yarışdan sonra cəmi 6 xal var və bu, onun Ferrari-də ən pis startıdır.

Felipe Massa: “Ferrarinin problemi Lekler deyil, mətbuat onu tənqid edəndə səhvə yol verir. Birinci dövrədəki mübarizələrdə səhvlər, xüsusən də arxadan və zəif maşınla başlayanda olur. Bəhreyndə üçüncü yerdə idi və maşına görə xalsız qaldı. Buna görə də Lekler cərimə aldı və bu, Səudiyyə Ərəbistanındakı çıxışına təsir etdi”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*