Ş.Lekler səhvini qəbul edib

Sauber komandasının debütantı Şarl Lekler sonuncu test günündə etdiyi səhvə görə əsəbidir.

F-1.az xatırladır ki, monakolu sürücü testlərin son günündə 12-ci döngədə yerində fırlanaraq, baryerlərə çırpılmışdı. Buna görə də komanda 5 saat maşını bərpa etməli olmuşdu.

Şarl Lekler: “Son həddə sürməyə çalışırdım və testlərdə bu labüddür. Melburndakı yarışda baş versə, daha çox əsəbləşərdim. Hələ çox şey öyrənməliyik. Çox axmaqca səhv idi. Lakin belə hallar həmişə ola bilər. Çox sürətlə gedirdim, ancaq dövrəni sona çatdıra bilmədim. Mənim səhvim idi”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*