Ş.Lekler eyforiyaya qapılmır

Ferrari komandasının sürücüsü Şarl Lekler eyforiyaya qapılmır.

F-1.az xatırladır ki, monakolu sürücü Niderlanddakı cümə sərbəst yürüşlərində birinci yerdə bağlayıb.

Şarl Lekler: “Özümüzü aldatmamalıyıq. Hələ cümə günündəyik və rəqiblərimizin potensialı var. Lakin başlanğıcdan razıyam.

Ümid edirəm ki, poul uğrunda mübarizə aparacam. Burada risk alacağınız halda önə çıxa bilərsiniz. Hər sessiya Karlosla mübarizə aparırıq. Ümid edirəm ki, sıralanma turunda bundan istifadə edərik.

Burada, bu döngələrdə Formula1 bolidi sürmək əladır. Asfaltla ilişmə mükəmməldir. Şənbə günü daha yaxşı olacağıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*