Mayami-2022: Sıralanma turu

Şəhər traslarında sıralanma turu həmişə vacib rol oynayır. Mayamidəki tras dünəndən öz xarakteristikasını bəlli edib - dardır, ötmə etmək çətin olacaq, trayektoriyadan kənarda asfalt sürüşkəndir və kiçik bir səhv divarla təmas üçün kifayətdir.

F-1.az xatırladır ki, 3 təcrübəli sürücü – Bottas, Sayns və Okon məşqlərdə ciddi qəza ediblər. Fransız sürücünün bugünkü qəzası onu hətta sıralanma turunda iştirakdan da məhrum edib.

Dünənki məşqlərdə əvvəlcə Şarl Lekler, sonra isə Corc Rassell protokollara başçılıq ediblər, bu gün isə Serxio Peres hamıdan fərqlənib.

İlk Sessiyada demək olar ki, hamı kiməsə mane olub. Sıxlıqdan yayınmaq heç də bütün sürücülərə qismət olmayıb. Hər hansı insident baş verməyib, yalnız Alonso 16-cı döngədə sağ arxa təkərini divara toxundurub. Son dəqiqələrdə hamı üçüncü sektorda yavaşlayaraq önünün açılmasına çalışıb, bunun nəticəsində bəzi sürücülər son cəhdini edə bilməyib. Lekler 1:29.474-lük nəticə ilə birinci olub. Boksu tərk etməyən Okonla yanaşı Williams sürücüləri, Çjou və Maqnussen üçün sıralanma turu başa çatıb.

İkinci Sessiyada Ferstappen ilk cəhdində fərqlənib – 1:29.202. Rassell yaranan problemə görə yaxşı nəticə göstərə bilməyərək pitə qayıdıb. Daha sonra eyni problem yenə də onun sürətli dövrə vurmasına mane olub. Protokollara yenə Lekler başçılıq edib – 1:29.130. Şumaxer, Rikkardo, Fettel, Rassell və Alonso ilk onluğa düşə bilməyiblər.

Son sessiyada Ferstappen 89 saniyənin altına düşən ilk sürücü olub – 1:28.991. Hər iki Ferrari sürücüsü ona cüzi fərqlə uduzub. İkinci cəhdlərdə Ferrari sürücüləri nəticələrini yaxşılaşıdırıblar, Lekler və Sayns müvafiq olaraq birinci və ikinci yerə yüksəlib. Lakin Ferstappen ilk sektorda ciddi səhvə yol verib və sürətli dövrəsini tamamlamayıb.

Şarl Lekler mövsümdə üçüncü, karyerasında isə 12-ci poulunu əldə edib. Karlos Sayns ikinci olaraq Ferrari-yə tarixində 81-ci, 2019-cu ilin Meksika Qran Prisindən bəri isə ilk dəfə ən ön cərgəni zəbt etmək uğurunu qazandırıb. Sabah ikinci cərgədən yarışa başlayacaq sürücülər Maks Fersappen və komanda yoldaşı Serxio Peresdir. Üçüncü cərgə isə sabiq komanda yoldaşları Valtteri Bottas və Lyuis Həmiltonundur.

Sabahkı yarış çox maraqlı olacaq!

Yer N Sürücü Komanda 1-ci sessiya 2-ci sessiya 3-cü sessiya
Yer Zaman Dövrə Yer Zaman Dövrə Zaman Dövrə
1 16 Şarl Lekler Ferrari 1 1:29.474 9 1 1:29.130 9 1:28.796 7
2 55 Karlos Sayns Ferrari 4 1:30.079 10 5 1:29.729 9 1:28.986 7
3 1 Maks Ferstappen Red Bull 2 1:29.836 8 2 1:29.202 3 1:28.991 7
4 11 Serxio Peres Red Bull 3 1:30.055 9 4 1:29.673 6 1:29.036 6
5 77 Valtteri Bottas Alfa Romeo 15 1:30.865 6 6 1:29.751 8 1:29.475 6
6 44 Lyuis Həmilton Mercedes 5 1:30.388 9 7 1:29.797 6 1:29.625 6
7 10 Pyer Qasli AlphaTauri 14 1:30.779 10 10 1:30.128 6 1:29.690 6
8 4 Lando Norris McLaren 13 1:30.761 9 3 1:29.634 7 1:29.750 6
9 22 Yuki Tsunoda AlphaTauri 8 1:30.485 9 9 1:30.031 6 1:29.932 6
10 18 Ləns Stroll Aston Martin 7 1:30.441 9 8 1:29.996 6 1:30.676 6
11 14 Fernando Alonso Alpine 6 1:30.407 8 11 1:30.160 6
12 63 Corc Rassell Mercedes 9 1:30.490 8 12 1:30.173 7
13 5 Sebastyan Fettel Aston Martin 12 1:30.677 9 13 1:30.214 6
14 3 Daniel Rikkardo McLaren 10 1:30.583 8 14 1:30.310 7
15 47 Mik Şumaxer Haas 11 1:30.645 11 15 1:30.423 8
16 20 Kevin Maqnussen Haas 16 1:30.975 11
17 24 Quanyu Çjou Alfa Romeo 17 1:31.020 9
18 23 Aleksander Elbon Williams 18 1:31.266 10
19 6 Nikolas Latifi Williams 19 1:31.325 10
20 31 Esteban Okon Alpine 20 0

 

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*