M.Binotto: Hər şey göründüyü kimidir

Ferrari komandasının rəhbəri Mattia Binotto bildirib ki, mövsümöncəsi qış testlərindəki performansları real olub.

F-1.az xatırladır ki, “qırmızılar” qış testlərində rəqiblərindən zəif görünmüş və əksəriyyət italyanların sürət gizlətdiyini düşünmüşdü.

Mattia Binotto: “Məlumatları təhlil etdik və problem görmədik. Bolidin potensialı budur. Rəqiblərimizlə müqayisədə haradayıq? Testdən sonra bunu bilmək olmaz. Ən az 3 yarış keçirmək lazımdır. Komanda üçün təkmilləşmək vacibdir. Etibarlılıq cəhətdən özümüzü inkişaf etdirməliyik.

Düzlüklərdə bu il zəif olsaq da, döngələrdə güclüyük. Daja yaxşı asfaltayatma qüvvəsi ilə vahid dövrədə yox, yarışda sürətli ola bilərik. Belə olan halda təkər yeyilməsi də az olacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*