K.Sayns: Təkərlər müəmmalıdır

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, təkərlərin müəmmalı işləməsinə görə yarışda müəmmalar çox olacaq.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Albert Parkdakı cümə sərbəst yürüşlərini 3-cü yerdə bağlayıb.

Karlos Sayns: “Asfalt çox pis idi. Bolid də dalğalanırdı. Vəziyyətimiz asan deyil. İki sessiyada da tempim var idi. Buna görə də həyəcanlıyam. Təkərləri qızdırmaq çətindir. Xüsusən də Hard təkərləri. Təkərlər müəmmalı formada işləyirlər. Ciddədə də işlənmiş təkərlərlə daha yaxşı nəticə göstərmişdik. Sıralanma turundan əvvəl bu problemi həll etməliyik. Bizi maraqlı sıralanma turu gözləyir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*