F.Briatore: “T.Volff Ferrari-ni düzəldə bilməz”

Sabiq komanda rəhbəri Flavio Briatore bildirib ki, Toto Volff növbəti mövsümlərdə Ferrari-yə keçsə belə heç nə dəyişməyəcək.

F-1.az xatırladır ki, “qırmızılar” son çempionluğunu 2007-ci ildə qazanıb.

Bəzi xəbərlərə əsasən isə Toto Volffun gələn ilin sonunda Ferrari-yə keçəcəyi deyilir. Lakin Toto bu iddiaları qəbul etməyib.

Flavio Briatore: “Toto Volff hazırda Mercedes-in səhmdarlarından biridir. Buna görə də başqa yerə gedəcəyi məntiqli görünmür. Həm də Ferrari-nin problemlərini Toto həll edə bilməz. Maranellonun güclü liderə ehtiyacı var.

Əsas boliddir. Renault-ya baxın. Rikkardoya o qədər pul verdilər. Ancaq o pulu maşının inkişafına xərcləmək daha məntiqli olardı. Ferrari indi Mercedes-lə fərqi azaltmalıdır. Fərq 0.1 saniyəyə düşsə, sürücünün də nəticələrdə önəmli rolu olar. Ancaq 0.5 saniyə geridə olsanız, sürücünüz kim olursa-olsun, yenə geridə qalacaqsınız.

Lyuis Ferrari-yə keçəcək? Şəxsən mən onunla Şarl arasında qalsam, Şarlı seçərdim. Daha az maaşa işləyir. Lyuis çox maaş istəyir. Demək olar ki, büdcənin yarısı ona gedir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*