L.Mekis: Bakıda əks-hücum taktikası seçəcəyik

Ferrari-nin idman direktoru Loren Mekis bildirib ki, Bakıda əks hücum strategiyası quracaqlar.

F-1.az xatırladır ki, Ferrari bu mövsüm keçən ilə nisbətən daha inamlı görünür və komanda Monakoda Leklerlə poul, Karlos Saynsla podium qazanmışdı. İtaliya komandası turnir cədvəlində hazırda 4-cü yerdədir və üçüncü yerdəki McLaren-dən cəmi iki xal geridə qalırlar.

Lakin “qırmızılar”ın Bakının bol düzlüklü küçələrində şansları elə də yüksək qiymətləndirilmir. Mekis də bu fikirdədir: “Bakıda bizim üçün mövsümün çətin dövrü başlayır. Əgər SF21 İspaniyada ən sürətli üçüncü maşın idisə və Monakoda qələbəyə oynayırdısa, Bakıdan etibarən bir neçə yarış bizim üçün çətin keçəcək.

Bakıda McLaren trasa tez uyğunlaşacaq və güclü performans göstərəcək. Alpine, Aston Martin və AlphaTauri də rəqabətədavamlı olacaq. Əsas hədəfimiz bütün potensialımızdan istifadə edib yaxşı nəticə almaqdır. Futbol dilində danışsaq, əks-hücum fürsəti axtaracağıq”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*