K.Sayns özünü günahlandırır

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, mübarizəni dayandırdığı üçün özünü günahkar bilir.

F-1.az xatırladır ki, ispaniyalı sürücü yarışı 9-cu yerdən başlasa da, startda Hard təkərləri seçib. Buna görə də startda 13-cü yerə geriləyib. Daha sonra isə Mik Şumaxerə hücum edərkən, yerində fırlanıb və mübarizəni dayandırıb.

Qəzadan sonra müsahibə verən Karlos Sayns bildirib ki, pis starta səbəb yeni sükan olub: “Bu, sürücü səhvidir və özümə tənqidi yanaşmalıyam. Bu təkərləri yeni tanıyırıq və bu həftə Hard təkərlərlə dövrələr vurmaq çətin idi. Limitdə necə sürəcəyimi bilmirdim.

Artıq nəticə çıxardım: Limitdə sürməməliyəm və səbirli olmalıyam. Ancaq komanda olaraq da mükəmməl deyildik. Çox problem yaşadıq. Çox problem yaşadıq. Məsələn, anti-stall (motorun dayanmasını əngəlləyən sistem) və sıralanma turundakı problem üzərimizdəki təzyiqi artırdı.

Dünəndən sükan üzərindəki bəzi düymələr işləmirdi. Sükanı yarışın startına az qalmış dəyişdirməli olduq. Buna görə də ikinci sükan yaxşı sazlanmadı və sükan üzərindəki tork xəritəsi səhv idi. Belə olan halda sərt təkərlərlə startda geriyə düşdük və yüksəlmək istərkən qəza etdik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*