S.Fettel: İkinci sektorda itirdim

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, ikinci sektorda çox itirib.

F-1.az xatırladır ki, almaniyalı sürücü Bəhreyndəki sıralanma turunda 11-ci olub.

Sebastyan Fettel: “Çox çətin və yaxın keçdi. İkinci sektor da ideal deyildi. Corca yaxın idim. O, səbəb ola bilər. Son sektorda isə ön təkərləri işlədə bilmirdim.

Daha yaxşı nəticə mümkün idi. Çünki ikinci sektorda itirdim. Ancaq yarış bir dövrədən ibarət deyil və görək nə olur. Sabahkı yarışda təkərlər çox yeyiləcək və onlara nəzarət etmək çətin olacaq. Xal qazanmaq üçün şansımız olacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*