19 Sentyabr 2019, Cümə axşamı - 10:33

K.Rəykkönen testlərin ikinci günündə sükan arxasına keçib

K.Rəykkönen testlərin ikinci günündə sükan arxasına keçib

Müəllif: Rauf Hacıyev, redaktor

08:26 - 05 Fevral, 2017

Simulyatordan gələn məlumatlarla tras üzərindəki məlumatları müqayisə edən Ferrari komandası Fyoranoda testlərə davam edir. Testlərin ikinci və son günündə Kimi Rəykkönen sükan arxasına keçib.

F-1.az xatırladır ki, komandalar mövsüm ərzində iki dəfə bu cür testlər keçirə bilirlər. FİA-nın təmsilçiləri boliddə yeni bir detalın olmadığına əmin olmaq üçün orada olublar.

Xatırladaq ki, italyanlar testlərin ilk günündə yeni test sürücüləri Antonio Covinatsi ilə trasa çıxmışdılar.

Testlərin ikinci günü isə əvvəlcə sükan arxasına Covinatsi keçsə də, nahardan sonra sükan arxasına Kimi Rəykkönen keçib. Səhər hava dumanlı olduğu üçün testlər yaxşı keçməyib. Nahardan sonra isə möhkəm yağış və külək olub.

Keçən mövsüm üçüncü olmuş italyanlar Pirelli-nin yağış təkərlərini test etmək üçün fevralın 9-10-da yenidən trasa çıxacaqlar…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 727
Teqlər , , ,
Paylaş

logo