F.Briatore Ferrari-yə inanmır

Renault komandasının sabiq rəhbəri Flavio Briatore bildirib ki, Ferrari komandasının testlərdəki performansı onu həyəcanlandırmayıb.

F-1.az xatırladır ki, Ferrari komandasının sürücüləri testlərdə ilk iki yeri tutmuşdular. İtalyanlar həm sıralanma tempində, həm də yarış tempində Mercedes komandasına yaxın olmuşdular.

Flavio Briatore: “Ferrari-dəki xoşbəxt abu-havaya qoşulmuram. Testlərdən sonra onların sevincini anlayıram, amma oradakı nəticələrə güvənmirəm. İnanmıram ki, Mercedes geridə olsun. Noyabrın sonuna qədər üstün idilər. Almanlar güclərini gizlədirlər. 2017-ci ildə bol mübarizəli çempionluq mübarizəsinə razıyam”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*