Ş.Lekler: Mövsümün əvvəlində şanslar eyni olacaq

Biz xəbər vermişdik ki, Ferrari-nin yeni rəhbəri Frederik Vassyör sürücülərə münasibətdə fərq qoymayacaqlarını bildirmişdi.

F-1.az xəbər verir ki, komandanın sürücüsü Lekler də komanda yoldaşı və özü barədə danışıb.

Şarl Lekler: “Mən bu fəlsəfə ilə tam razıyam – siz sürücülərdən birinə üstünlük verərək mövsümə başlaya bilməzsiniz. Düşünürəm ki, bu, Karlos və mənim üçün vacibdir, çünki hər ikimiz mövsümün ilk yarısında əlimizdən gələni etməyə və bir-birimizi irəliyə aparmağa çalışırıq.

Əgər nə vaxtsa pilotlardan birinin çempionluq şansı yüksək olarsa, o zaman əminəm ki, komanda titul uğrunda mübarizə aparan pilotunu ən yaxşı şəraitdə olması üçün əlindən gələni edəcək. Bu məsələni sonra müzakirə edəcəyik, amma mövsümün əvvəlində bizə bərabər şans verilməsini düzgün hesab edirəm”.
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*