18 Fevral 2019, Bazar ertəsi - 09:04

Ferrari Brendon Hartlini sıralarına qatıb

Ferrari Brendon Hartlini sıralarına qatıb

Müəllif: Rauf Hacıyev, redaktor

14:03 - 05 Fevral, 2019

Toro Rosso komandasının sabiq sürücüsü Brendon Hartli bu ildən etibarən Ferrari-nin simulyatorunda işləyəcək.

F-1.az xatırladır ki, Toro Rosso keçən il zellandiyalı sürücünün performansından narazı qalmış və mövsümün sonunda komandadan göndərilmişdi. Amma Ferrari komandası 24 saatlıq Le Man marafonunun qalibi və Dünya Dözümlülük Çempionu olmuş sürücünü heyətinə qatıb.

Qeyd edək ki, keçən il Ferrari-nin simulyatorunda iki podiumu qazanmış Daniil Kvyat və Antonio Covinatsi işləyirdi. Lakin rusiyalı sürücünün Toro Rosso-ya, Covinatsinin isə Alfa Romeo-ya keçməsiylə “qırmızılar”-ın simulyatoru boş qalıb.

Xatırladaq ki, İtaliya təmsilçisi daha əvvəl bu vəzifəyə Paskal Verlyaynı gətirmişdi. Bu iki sürücüdən başqa, Antonio Fuoko və Davide Riqon da simulyatorda işləyərək komandaya məlumatlar verəcəklər.

Bu təyinat barədə komanda rəhbəri Mattia Binotto fikir bildirib: “Komandamızın dörd istedadlı sürücüsü var və hamısı çox güclüdürlər. Yarış maşınlarını və trasları əla tanıyırlar. Bu meyarlar simulyator üçün çox vacibdirlər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 96
Teqlər , , , ,
Paylaş

logo