M.Həkkinen: “Ferrari oyun oynayır”

Sabiq Formula1 sürücüsü Mika Həkkinen bildirib ki, Ferrari mübarizə aparmaq istəyirsə, oyun oynamamalıdır.

F-1.az xatırladır ki, “qırmızılar” mövsümün ilk üç yarışında açıq-aydın Fettelin lehinə komanda əmri veriblər.

Mika Həkkinen: “Lyuisin qələbəsi Mercedes-in gücünü əks etdirdi. Gözəl paket, komandanın dəstəyi və sürücülər arasında mübarizə onlara kömək edir. Burada biz gördük ki, Ferrari çox işləməlidir. Sıralanma turunda güclü bolidə, əvvəldən müəyyən edilmiş strategiyaya və sürücülər arasındakı incikliyi yox etməyə ehtiyacları var. Şarl yarışa Fetteldən daha yaxşı başladı və ona Bottasla mübarizə aparmağa icazə verilməliydi. Amma ona başqa əmr verdilər və bu, səhv idi. Mercedes-i məğlub etmək istəyirsinizsə, oyun oynamaq lazım deyil. Ferrari rəqabətə fokuslanmalıdır. Buna görə də Fettelin, ya da Leklerin qələbəsi barədə düşünməməlidir. Lekler məyus olmaqda haqlı idi. Həm səhv əmr verdilər, həm də səhv strategiya ilə Ferstappenin gerisində 5-ci oldu”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*