14 Dekabr 2018, Cümə - 09:22

Çin-2016: Ən sürətli pit-stop – yenə də Williams!

Çin-2016: Ən sürətli pit-stop – yenə də Williams!

Müəllif: Rauf Hacıyev, redaktor

17:24 - 18 Aprel, 2016

Çin yarışında ən sürətli pit-stop 2.1 saniyə çəkib və bunu edən ilk iki yarışda olduğu kimi Williams komandası olub.

F-1.az xatırladır ki, keçən ildən etibarən komandalara hər yarış üçün DHL şirkətinin sponsorluq etdiyi Ən Sürətli Pit-Stop Mükafatı verilir. Amma belə görünür ki, Williams komandası 2016-cı ildə bu mükafatı heç kəsə vermək istəmir. Xatırladaq ki, Avstraliya və Bəhreyn yarışlarında da Williams ən sürətli pit-stop edən komanda olmuşdu.

Keçən ildən etibarən verilən Ən Sürətli Pit-Stop Mükafatını 2015-ci ildə 7 dəfə sürətli pit-stop edən Ferrari komandası qazanmışdı. Keçən mövsümün ən sürətli pit-stopu İspaniya yarışında (2.2 saniyə) baş tutmuşdu. Bu il isə həmişə pit-stop strategiyalarına görə tənqid edilən Williams komandası çox sürətli pit-stoplar edir.

Britaniyalılar mövsümün ilk yarışında Valtteri Bottasın təkərlərini 2.37 saniyəyə dəyişdirmişdilər və bunu Təhlükəsizlik Avtomobili vaxtı edərək, təzyiq altında da güclü olduqlarını göstərmişdilər.

Bəhreyn yarışında isə Massanın təkərləri 2.27 saniyəyə dəyişdirilmişdi və britaniyalılar ikinci dəfə mükafatı qazanmışdılar.

Çində isə Felipe Massanın pit-stopu 2.1 saniyə çəkib və bu da mükafatı üçüncü dəfə Williams komandasına gətirib.

İndi maraqlıdır, Williams-ın sürətli pit-stop seriyası tez bitəcək, yoxsa Niko Rosberqin qələbə seriyası?


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 399
Teqlər , ,
Paylaş

logo