17 Sentyabr 2019, Çərşənbə axşamı - 14:39

P.Qasli yarışdan əvvəl Leklerdən xahiş edib

P.Qasli yarışdan əvvəl Leklerdən xahiş edib

Müəllif: Rauf Hacıyev, redaktor

12:36 - 02 Sentyabr, 2019

Toro Rosso komandasının sürücüsü Pyer Qasli uşaqlıq dostu Antuan Yuberə görə çox məyusdur.

F-1.az xatırladır ki, Qasli uşaqlıqdan etibarən Yuberlə birlikdə karrinqə, məktəbə bir yerdə getmişdi. Lakin 23 yaşlı Antuan şənbə günü Formula2 yarışında qəza edərək dünyasını dəyişib.

Pyer Qasli: “Məncə, ən emosional yarışlardan bir idi. Çünki 23 yaşında dünyasını dəyişdi. Ən yaxşı dostlarımdan birini itirdim. Kartinqdən bəri o uşaqlarla böyüdüm, otaq yoldaşı olduq. Eyni binada yaşadıq və altı il eyni otağı bölüşdük. Sinif yoldaşı idik. 13 yaşımdan 19 yaşıma qədər onunla müəllimiz eyni idi. Gənc yaşda öldüyünə inana bilmirəm. Sabah Antuan ilə görüşəcəkdik. Amma alınmadı.

Yarışdan əvvəl Şarldan xahiş etdim ki, bu yarışı Antuan üçün qazansın. Şarl, Antuan və mən eyni ildə yarışmağa başlamışdıq. Yuber 2005-ci ildə Fransa kubokunu qazanmışdı. Uzun illər bir yerdə yarışdıq və bir-birimizi tanıyırdıq. Bir neçə il əvvəl Jyul Bianki, indi də Antuan…. Fransa üçün faciədir. İki gözəl insanı itirdik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 95
Teqlər , , , , ,
Paylaş

logo